İctimai iaşə dövriyyəsi artaraq 792,6 mln. manat olub

16:42 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  2022-ci ilin yeddi ayında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 dəfə artaraq 792,6 milyon manat olub.

Bu bardə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 faizi hüquqi şəxslərin, 50,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 47,5 faiz artaraq 391,9 milyon manat təşkil edib.

Bütün xəbərlər