Yarımildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artıb

16:51 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  Cari ilin altı ayı ərzində dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artım tempi cari xərclərin artım tempini üstələyib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Hesabat dövründə cari xərclər 8 milyard 714,1 milyon manat, əsaslı xərclər 3 milyard 434,8 milyon manat və dövlət borcu üzrə xərclər 787,7 milyon manat məbləğində icra edilib ki, bu da əvvəlki ilin göstəricilərindən müvafiq olaraq 13,8 faiz, 12,5 faiz çox və 10,8 faiz azdır.

Aparılan təhlillə 6 ayda cari xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən artdığı və ya büdcənin qeyri-neft gəlirlərinin artımının cari xərclərinin artımını üstələdiyi müəyyən edilib ki, bunu da müsbət hal kimi qiymətləndirmək olar.

Bütün xəbərlər