Dünya birjalarında neft qiymətləri ucuzlaşıb

16.08.2022,10:27


16 avqust, Fineko/abc.az. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 94,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 88,86 dollar olub.