Yeddi ayda elektrik enerjisinin istehsalı 2,6 % artıb

16.08.2022,11:52


16 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 16 milyard 278,1 milyon kilovat-saat təşkil edib.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 125,1 milyon kilovat-saat artaraq 14 milyard 893 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 286,5 milyon kilovat-saat artaraq 1 milyard 163,9 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 8,4 milyon kilovat-saat artaraq 221,2 milyon kilovat-saat olub.
Külək elektrik stansiyalarında (KES) 54 milyon kilovat-saat, Günəş elektrik stansiyalarında (GES) 37,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 129,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.