“Azərenerji” 14 mlrd. kilovat-saatdan çox enerji istehsal edib

12:05 - 16.08.2022


16 avqust, Fineko/abc.az.  Cari ilin yeddi ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 653,6 milyon kilovat-saat (İES-lərdə 13 milyard 578 milyon kilovat-saat, SES-lərdə 1 milyard 75,6 milyon kilovat-saat) olub. 

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 milyon kilovat-saat (İES-lərdə 156,5 milyon kilovat-saat, SES-lərdə 77,8 milyon kilovat-saat, GES-də 34,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 316,64 milyon kilovat-saat olub.

Bütün xəbərlər