Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb edib

13:40 - 29.05.2018


29 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, hərracda 350 milyon manat cəlb edilib.

“Depozit hərracına 857,2 milyon manat təklif edilmişdir. Orta  ölçülmüş faiz dərəcəsi 8,01% təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər