İyulda Azərbaycanda elektrik enerjisinin istehsalı 4,2 % artıb

16.08.2022,12:25


16 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 37,7 milyon kilovat-saat, idxalı isə 83,5 milyon kilovat-saat təşkil edib.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir.

İyulda Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 751,3 milyon kilovat-saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 milyon kilovat-saat, yaxud 4,2 faiz artması deməkdir.

İyulda elektrik enerjisinin idxalı 12,4 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kilovat-saat, ixrac isə 374,2 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 milyon kilovat-saat artıb.