Ləgv prosesində olan bankın daşınmaz əmlakı hərraca çıxarılır

14:29 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Avqustun 17-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Yunayted Kredit Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ Fondun məlumatına istinadla xəbər verir ki, daşınmaz əmlak Sumqayıt şəhəri, 5-ci mikrorayonda istifadədə olan 0,13 hektar torpaq sahəsində yerləşən 6/53 nömrəli binanın 1-ci mərtəbəsində (ü/s 140 kvadratmetr) olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 280 min manatdır. 
Əlaqə vasitələri: Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. Tel: 055-206-66-67

Bütün xəbərlər