Azərkosmos sığortaçı axtarır

14:46 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) dəyəri 81 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin 1 illik sığortalanması ilə bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 14 sentyabr tarixinə qədər təqdim edə bilərlər.

Bütün xəbərlər