Azərbaycana ən çox turist hansı ölkədən gəlib ? - Statistika

16.08.2022,17:19


16 avqust, Fineko/abc.az. Cari ilin  yeddi ayında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Qeyd olunur ki, gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,0 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi isə digər ölkələrin vətəndaşları olub. 

Ölkəyə səfər edənlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil edib.