Bakı Limanı vasitəsilə daşınan yüklərin həcmi 15% artıb

10:34 - 17.08.2022


17 avqust, Fineko/abc.az.  Cari ildə Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcminin artımı ilə yanaşı, ayrı-ayrı yük növləri üzrə də artım qeydə alınır. 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən ABC.AZ-a bildirilib ki, ötən ilin ilk yarısında Bakı Limanı vasitəsilə 576 min tondan çox quru yük daşınmışdısa, bu ilin ilk yarısında göstərici 666 min tondan çox olub ki, bu da 15,7 faizlik artım deməkdir. Belə ki, bu ilin sonuna kimi də artımın davamlı olacağı proqnozlaşdırılır.

Quru yükün daşınmasına dair illər üzrə statistik göstəricilərdə də müsbət dinamika müşahidə edilir. Belə ki, Bakı Limanı vasitəsilə 2018-ci ildə 28,436 , 2019-cu ildə 133,953 , 2020-ci ildə 253,853, 2021-ci ildə isə 347,450 tondan çox quru yük daşınıb ki, 2018 və 2021-ci illər üzrə statistik göstəriciləri müqayisə etdikdə artımın 12 dəfədən çox olduğunu görmək olur.

Bütün xəbərlər