Bakı Limanında Gübrə terminalının tikintisi həyata keçirilir

11:15 - 17.08.2022


 17 avqust, Fineko/abc.az. Bakı Limanı vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir.

ABC.AZ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatına istinadla xəbər verir ki, eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton olan Gübrə terminalının tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.

Bütün xəbərlər