Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

11:49 - 17.08.2022


17 avqust, Fineko/abc.az.  2022-ci ilin yeddi ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 160 milyon ABŞ dollarını ötüb.

Xəbər verilir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 78,9 milyon dollar, idxalın həcmi isə 81,3 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər