Azərbaycanın DGK-də kadr dəyişiklikləri icra edilir

17:05 - 29.05.2018


29 may, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni sədri kadr dəyişiklikləri icra edir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmrinə əsasən, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilmiş, onun yerinə isə əvvələr Avtonəqliyyat Gömrük İdarəsinin rəisi vəzifəsində çalışmış İsmayıl Hüseynov təyin edilmişdir. Sözügedən vəzifəyə Hüseyn Həsənli təyin edilib.

Həmçinin DGK-in rəhbəri, Hüquqpozmalarla Mübarizə üzrə Baş İdarənin rəisi  Baba Salayevin sərəncama göndərilməsi və onun yerinə Məsum Rəsulovun təyin edilməsi haqqında sərəncam verib.

 

 

Bütün xəbərlər