Ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20,4 mln. kubmetrdir

16:22 - 17.08.2022


17 avqust, Fineko/abc.az. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20 milyard 406,3 milyon kubmetr təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşıb. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunan, 2 faizi itkiyə gedən, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf olunub, 37,1 faizi isə əhaliyə satılıb.
Bu ilin yanvar-iyun aylarında 11 milyard 350,3 milyon kubmetr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 404 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak olunub, onun 38 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 10,9 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 6 faizi Lənkəran-Astara, 5,7 faizi Mərkəzi Aran, 5,7 faizi Qazax-Tovuz, 5 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,5 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,7 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Bütün xəbərlər