Bakıda çimərlik mövsümünün başlanması ilə bağlı 10 paytaxt marşrutunun trayektoriyası dəyişildi

17:34 - 29.05.2018


29 may, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 10 paytaxt marşrutunun hərəkət trayektoriyasına dəyişikliklərin edilməsi barədə elan etdi.

Agentliyin verdiyi məlumata görə, avtobusların hərəkət sxemi, çimərlik mövsümündə yerli əhali və turistlərin rahatlığını təmin etmək üçün müvəqqəti olaraq dəyişdirilib.

“İyunun 1-dən etibarən 107, 108А,141, 171, 172, 173, 179,185, 189, 210 saylı marşrutlar Abşeronun müxtəlif çimərliklərinə qədər hərəkət edəcək”, - deyə məlumatda bildirilir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:

  • 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;
  • 108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;
  • 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;
  • 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;
  • 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;
  • 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;
  • 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;
  • 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;
  • 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

 

Bütün xəbərlər