OPEC Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

10:39 - 30.05.2018


30 may, Fineko/abc.az. OPEC təşkilatı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı zamanı OPEC-in baş katibi Məhəmməd Barkindo söyləyib ki, təşkilat əməkdaşlığın yeni  çərçivələrini nəzərdən keçirməyə hazırdır.

Bu il “Xəzər Neft və Qaz” konfransında, şirkətlərin üst səviyyə idarəçiləri, sahə nazirliklərinin nümayəndələri, Azərbaycan və beynəlxalq ekspertlər də daxil olmaqla 500 nümayəndə iştirak edir.

 


Bütün xəbərlər