“Azəri Light” markalı neftin qiyməti endi

11:22 - 30.05.2018


30 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,11 dollar (1,43%) azalıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,44 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  0,08 dollar (0,12%) azalmışdır və hazırda 66,65 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti 0,10 dollar (0,13%) enərək 75,29 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 8,64 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər