Yanğınlar zamanı Azərbaycan turizminə dəymiş ziyan hesablanır

11:58 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Şabran, Qəbələ, Oğuz, Siyəzən və Quba rayonlarında yerləşən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində turizm infrastrukturuna dəymiş ziyan araşdırlır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyidən (DTA) bildirilib.

“Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın tam miqyası müəyyənləşəcək”, - deyə agentlikdən bildirilib.

Qeyd edək ki, avqustun 15-dən 20-dək Şimal regionunda baş verən yanğınlar nəticəsində təxminən 5 min hektar ərazi yanıb.

Bütün xəbərlər