Prezident ona ali hərbi rütbəsi verdi - Sərəncam

14:22 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki,  Elşən Zeynalov Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır.

O, 2011-ci ildə də Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Bütün xəbərlər