“Absheron Hotel Group” MMC-yə yeni rəhbər təyin edilib - Foto

14:52 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Doqquz ildir Azərbaycanda hotel və kurort portfelini quran “Absheron Hotel Group” MMC-yə yeni rəhbər təyin edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “PASHA Holding” MMC-nin törəmə şirkətinə Simon Craig Beaumont müvəqqəti olaraq baş icraçı direktor təyin edilib. O, bu vəzifədə Martin Kleinmannı əvəz edib.

M.Kleinmann 2019-cu ilin yanvarından bu vəzifədə idi. Simon Beaumont 2015-ci ildən dünyaca məşhur olan “Marriot” hotel şəbəkəsi xətti ilə Azərbaycana gəlib. M.Kleinmannın rəhbərliyi dövrdə – 2019-cu ilin martından “Absheron Hotel Group”a baş əməliyyat inzibatçısı kimi təyin edilmişdi.


Bütün xəbərlər