"Apple" Hindistanda smartfon istehsal edəcək

16:05 - 23.08.2022


23 avqust, Fineko/abc.az. ABŞ-ın Apple şirkəti Hindistanda iPhone 14 smartfonunun istehsalına başlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xəbərə görə, şirkət nümayəndələri Hindistanda yeni iPhone modelinin istehsalı üçün təchizatçılarla danışıqlar aparırlar. Apple uzun müddətdir ki, iPhone-larının əksəriyyətini Çində istehsal edir, lakin indi alternativlər axtarır. Bu, ABŞ və Çin hökumətləri arasında münasibətlərin mürəkkəbləşməsi, eləcə də Çində “iqtisadi fəaliyyətin pisləşməsi” risklərinin artması ilə əlaqədardır. 

Bütün xəbərlər