Brokonyerlərə il ərzində 70 mindən artıq cərimə tətbiq edilib

17:16 - 23.08.2022


23 avqust, Fineko/abc.az. 2022-ci il ərzində brokonyerliklə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 70 qanun pozuntusu ilə bağlı 70 mindən artıq cərimə tətbiq edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, cərimələrin artırılması ilə bağlı ETSN ovçuluğun tənzimlənməsi ilə bağlı 176 nömrəli qərara dəyişikliyin edilməsi üçün aidiyyəti qurumlara müraciət edib:

“Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə cərimələrlə bağlı qərara dəyişiklik olunaraq şərtlər sərtləşdiriləcək. Həm cəza tədbirlərinin, həm də cərimələrin miqdarının artırılması nəzərdə tutulub”.

Bütün xəbərlər