Bu zavod 15 milyon manata satıldı

11:00 - 24.08.2022


24 avqust, Fineko/abc.az. 23 avqust 2022-ci il tarixində Bakı şəhəri üzrə keçirilmiş hərracda satılan kiçik dövlət müəssisə və obyektin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərracda “B.Sərdarov adına maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti satılıb.

Əmlakın ümumi faydalı sahəsi 58 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 787 kvadratmetrdir. Hərracda yekun satış qiyməti 14 489 788 manatdır.

Bütün xəbərlər