330x110
 

“SOCAR” və “Equinor” iki HPBS sazişi imzaladı

30.05.2018,13:54


30 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor”  (Statoil) şirkəti Bakıda Xəzərin Azərbaycan sektorunda sahələrin işlənməsi haqqında iki saziş imzaladılar.

Sazişlər Bakıda keçirilən “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.

Sənədlər, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson tərəfindən imzalandı.

Birinci sənəd, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş, ikinci sənəd isə, “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) sazişidir.

“Qarabağ” yatağında kəşfiyyat qazması 2018-ci ilə, hasilat isə 2012-ci ilə planlaşdırılıb.

İmzalanmış sazişlər çərçivəsində SOCAR və Equinor bərabər şərtlərlə əməliyyat şirkəti yaradacaqlar.

 

Açar sözlər: SOCAR Equinor PSA