Əfqan İsayev: “Cənub Qaz Dəhlizi”nə yatırılan sərmayələr qənaətlə xərclənir

14:48 - 30.05.2018


30 may, Fineko/abc.az. Aprelin sonunda, “Cənub Qaz Dəhlizi”nin tərəfdaşları layihəyə 30 milyard dollardan çox yatırım ediblər.

“Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı zamanı “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib ki, layihənin həyata keçirilməsi üçün vəsaitlər qənaətlə xərclənir.

“Belə ki, aprel ayının sonunda ümumi dəyəri  22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar xərclənib. Trans Anadolu qaz boru xəttinin (TANAP) icrası üçün xərclər, layihənin ümumi dəyəri 8 milyard dollar olmaqla, aprelin sonunda 5,4 milyard dollar təşkil edib. 4,5 milyard avro dəyərində olan Transadriatik qaz boru kəmərinin (TAP) həyata keçirilməsinə, hesabat dövründə  2 milyard avro xərclənmişdir”,  - deyə Ə.İsaev bildirib.

 

Bütün xəbərlər