Azərbaycana 6 ayda bu qədər mobil telefon idxal edilib

14:47 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında 92 milyon 649 min dollar (azalma 26%) dəyərində 467 min 758 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatı idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib. Məlumatda qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42,6% azdır.

İdxal edilmiş telefon aparatlarının əsas hissəsi - 53 milyon 434,7 min dollar dəyərində 270 min 369 ədədi Çindən, 27 milyon 112,62 min dollar dəyərində 144 min 899 ədədi Vyetnamdan, 11 milyon 472 min dollar dəyərində 51 min 915 min ədədi Hindistandan gətirilib. 2022-ci ilin 6 ayı ərzində Azərbaycana 23 milyon 312,67 min dollar dəyərində 111 min 401 ədəd smartfon idxal olunub.

İdxal Çin (13 milyon 7,83 min dollar dəyərində 66 min 506 ədəd), Vyetnam (8 milyon 369 min dollar dəyərində 36 min 576 ədəd) və Hindistandan (1 milyon 931 min dollar dəyərində 8, min 315 min ədəd) həyata keçirilib.

Bütün xəbərlər