Daha 3 yeni radio açılacaq - Detallar

15:22 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, avqustun 23-də Audiovizual Şuranın “Media haqqında” qanunun 29.1-ci, 50.1.3-cü, 51-ci və 52-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 13 iyul 2022-ci il tarixdən elan etdiyi 3 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

“Media haqqında” qanunun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Bütün xəbərlər