Azərbaycan Mərkəzi Bankı 250 milyon manatlıq qısamüddətli notlar yerləşdirib

16:07 - 30.05.2018


30 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, mayın 30-da AMB hərracda 50102167S nömrəli 250 milyon manat həcmində 28 gün tədavül müddətinə notlar təkilf edib.

15 investordan cəmi  621385,2 min manat məbləğində 22 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik  8,01%) təklif etmişlər.

AMB-in qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,3812 manat səviyyəsində müəyyən edilmişdir. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 27 iyun 2018-ci il.

 

Bütün xəbərlər