Azərbaycan Yaponiyaya bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq təklif etdi

16:33 - 30.05.2018


30 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.

Görüş, Bakıda keçirilən “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı çərçivəsində baş tutub.

Görüş gedişatında Pərviz Şahbazov uzunmüddətli perspektivdə Yaponiyanın enerji  sahəsində fəaliyyətinin genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd etdi. Nazir bərpa olunan enerji mənbələri sahəsində qarşıya qoyulan vəzifələrdən danışdı və bu sahədə əməkdaşlığın vacibliyini qeyd etdi.

Daisaku Hiraki, öz növbəsində, Azərbaycan və Yaponiya arasında 20 ildən çox müddət əhatə edən enerji əməkdaşlığını yüksək qiymətləndirib, İTOÇU və INPEX şirkətlərinin Azərbaycanda fəaliyyətini qeyd etdi.

 

Bütün xəbərlər