Azərbaycanda dövlət əmlakının 114 obyekti özəlləşdirilməyə çıxarılıb

17:06 - 30.05.2018


30 may, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərrac keçirir.

Komitədən aldığımız məlumata əsasən, növbəti hərrac iyunun 27-də keçiriləcək.

“Ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər