Avqustun 25-nə qədər olan dövrdə 29 nəfər yanğınlarda həlak olub - Nazir müavini

11:50 - 26.08.2022


26 avqust, Fineko/abc.az. “Avqustun 14-ündən başlayaraq Azərbaycanın şimal rayonlarında güclü yanğınlar baş vermişdi. Təsəvvür edin ki, şimal bölgəsində bütün rayonlarda eyni anda, eyni gündə yanğınlar başladı. Biz böyük bir canlı qüvvə, texnika ilə həmin ərazilərə getdik və yanğınların söndürülməsi ilə məşğul olduq”.

ABC.AZ xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

O, qeyd edib ki, yanvarın birindən avqustun 25-dək Azərbaycandan 10 min 900 yanğın hadisəsi olub:

“Bu yanğın hadisələrinə işğaldan azad olunan ərazilərdə qeydə alınan faktlar daxildir. Bu dövr ərzində 211 hektardan artıq meşə zolağı, 2318 biçilmiş taxıl zəmisi yanıb. Avqustun 25-nə qədər olan dövrdə 29 nəfər yanğınlarda həlak olub”.

 

Bütün xəbərlər