"Azərkosmos" gömrük qaydalarını pozub - Min manat cərimələnə bilər

14:46 - 26.08.2022


26 avqust, Fineko/abc.az. "Azərkosmos" Publik Hüquqi Şəxs barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bütün xəbərlər