Azərbaycan Dünya Bankından Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Agentlik üçün dəstək istədi

17:32 - 30.05.2018


30 may, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru  Mersi Tembonu qəbul edib.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki,  görüş zamanı  əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

“Nazir Şahin Mustafayev həyata keçirilən  layihələrin əhəmiyyətini qeyd etdi, həmçinin, özəl sektora daimi dəstəyin davam etdirilməsinin vacibliyini,  Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Agentliklə əməkdaşlığın qurulmasını vurğulayıb”, - məlumatda belə deyilir.

Məlumatda deyilənə əsasən, Dünya Bankının regional direktoru  bildirib ki,  hazırda Azərbaycanda 9 layihə icra olunur və əməkdaşlığın yeni istiqamətləri planlaşdırılır

 

Bütün xəbərlər