“Azəri Light” markalı neftin qiyməti yüksəldi

10:06 - 31.05.2018


31 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,15 dollar (2,81%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,59 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  keçən ticarətin yekunlarına qarşı 0,25 dollar (0,37%) azalmışdır (bir barelə 68,21 dollar) və hazırda 67,96 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına qarşı 0,41 dollar (0,53%) enmişdir (bir barelə 77,50 dollar) və hazırda 77,09 dollar/barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi artır və hazırda 9,29 dollar/barelə təşkil edir.

 

Bütün xəbərlər