Bu ölkə Azərbaycandan qaz almağı planlaşdırır

11:07 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Rusiya yanacağına alternativ axtardığını deyib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Vuçiç Venesueladan neft və İndoneziyadan kömür almağı planlaşdırdıqlarını bildirib.

“Biz İraqdan neft alacağıq. Mən də Venesuela ilə danışıqlar aparmağa çalışacağam. İstənilən yerdən neft alacağıq. Seçim edəsi deyilik”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, Serbiya gələn il də Azərbaycandan qaz idxal etməyi planlaşdırır və qaz anbarlarındakı qaz ehtiyatlarını maksimuma çatdırıb, buna görə də ehtiyatlar 60 gündən çox müddətə kifayət etməlidir.

 

Bütün xəbərlər