280-dən çox ağacın qanunsuz kəsildi - Cinayət işi açıldı

12:36 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib. Qeyd edilən faktlarla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər