Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadəyə başladı

10:20 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.

ABC.AZ xəbər verir ki, sosial şəbəkədə yoldan istifadəyə dair görüntülər yayılıb. Görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiklərini görmək mümkündür.

Xatırladaq ki, Ermənistan mediası daha əvvəl Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.

 

Bütün xəbərlər