Növbəti görüş Brüsseldə keçiriləcək

14:19 - 31.08.2022


31 avqust, Fineko/abc.az. “Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın üçüncü görüşü Brüsseldə keçiriləcək”.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yayıb.

“Baş nazirlərin müavinlərinin yeni görüşü Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra 1 ay ərzində baş tutacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 30-u Moskvada Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Bütün xəbərlər