Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Latviyada işgüzar səfərdədir

11:42 - 31.05.2018


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış işçi qrupu ve qida sahəsində fəaliyyət göstərən özel şirkətlərdən ibarət nümayəndə heyəti Avropa İttifaqinin “Qida və Yem Məhsullarinin Təhlükəsizliyinə Rəsmi Nəzarət Sahəsində Azərbaycan Hökumətinin İnstitusional Bacarıqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Latviya Respublikasında səfərdədir.

Tanışlıq səfərinin məqsədi qida təhlükəsizliyinə nəzarət, qida təhlükəsizliyinin təşkili və tətbiqi, eləcə də mərkəzləşdirilmiş dövlət nəzarəti sistemi daxilində heyvan və bitki sağlamlığı sahəsində qabaqcıl beynəlxalq təcrübələr haqqında bilik ve bacarıqların artırılmasıdır.

Nümayəndə heyəti səfər çərçivəsində Latviya Respublikasının Qida və Baytarlıq Xidmətində, Dövlət Bitki Mühafizəsi Xidmətində işgüzar görüşlər keçirib ve BIOR Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı ve Ətraf Mühit İnstitutunda olub. İşçi qrup daha sonra Qida və Baytarlıq Xidmətinin Valmiera şəhərində yerləşən idarəsində regional səviyyədə qida təhlükəsizliyi və baytarlığa rəsmi nəzarət işinin təşkili ve yerli südçülük istehsalı obyektinin fəaliyyəti ilə tanış olub.

Səfər Niderland Krallığının ve Belçika Krallığının qida təhlükəsizliyi üzrə məsul qurumlarında davam edəcək.

 

Bütün xəbərlər