Turizm Agentliyi tədbir təşkil etməyə 6,03 milyon manat xərcləyəcək

17:02 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Bir müddət əvvəl Dövlət Turizm Agentliyi xaricdə iştirak edəcəyi tədbirlərdə təşkilati işlərin və reklam kampaniyasının həyata keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Agentlik tenderin qalibi olaraq “Bakı Media Mərkəzi” MMC-ni seçib. Qalib şirkətə 6,03 milyon manat ödəniləcək.

 

Bütün xəbərlər