“Lukoyl”un vitse-prezidenti intihar edib?

11:18 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov dünyasını dəyişib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı Maqanov Moskvada altıncı mərtəbənin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Hazırda hadisənin detalları araşdırılır. Maqanovun intihar etməsi də istisna edilmir.

 

Bütün xəbərlər