Rusiyadakı “McDonald’s”ın sahibi daha bir şirkət almağı düşünür

10:48 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Rusiyanı tərk edən “McDonald’s” restoranlar şəbəkəsinin yeni sahibi Aleksandr Qovor başqa bir Qərb şirkətini almağı planlaşdırır.

ABC.AZ-ın xarici mətbuata istinadən xəbər verir ki, sahibkar alacağı şirkətin Rusiyadakı aktivləri üçün 151 milyon avro təklif edib.

İş adamının alacağı şirkət birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab-qacaq və qablaşdırma istehsalçısı olan “Huhtamaki” şirkətidir. Qovor adıçəkilən şirkəti Qərbin sanksiyalarına məruz qalan “Sberbank”dan götürdüyü kreditlə almaq istəyir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər