Azərbaycanın İcbari Sığorta Bürosunun yeni icraçı direktoru təyin edilib

12:34 - 31.05.2018


31 may, Fineko/abc.az. Azərbaycanın İcbari Sığorta Bürosunda rəhbərlik dəyişilib.

Bürodan verilən  məlumata əsasən, təşkilata yeni icraçı direktor təyin olunub.

“İcbari Sığorta Bürosunun  icraçı direktor vəzifəsinə Rəşad Əhmədov təyin olunub. Bu vəzifədə ondan öncə  Fariz Əzizov çalışıb. Yeni icraçı direktor öz vəzifələrinə iyunun 1-dən başlayacaq”, - deyə Bürodan bildirilir.

 

Bütün xəbərlər