Biz 2-3 milyard dollar itirmişik - İlham Əliyev

10:13 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı müsahibə zamanı bəzi maraqlı məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, gəlirlərlə bağlı belə bir ümumi fikir var ki, yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir.

"Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik" - deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər