Dövlət AZAL-ın balansında olan helikopterləri satışa çıxarır

05.09.2022,17:25


5 sentyabr, Fineko/abc.az. 10 oktyabr 2022-ci il tarixdə hərraca çıxarılan helikopterlərin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olan helikopterlər 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.