Üç ölkə sahibkarlarının iştirakı ilə biznes forum keçirilib

11:26 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub və biznes-forum keçirilib.

ABC.AZ xəbər verir ki, Forumda bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50,1 milyon ABŞ dollar olduğu vurğulanıb.

Qeyd edilib ki, bunun 33,5 milyon ABŞ dolları ixrac, 16,6 milyon ABŞ dolları idxal əməliyyatlarının payına düşür.

Forumda ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edilib və belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsinin vacibliyi vurğulanıb.

Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.

Bütün xəbərlər