İndiyədək Azərbaycanda 669 şəxsə 53 milyon manat ipoteka krediti verilib

15:18 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycanda 669 şəxsə 53 milyon manat ipoteka krediti verilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Fondun Baş direktoru İlham Kələşov bildirib.

"2018-ci ildən etibarən ölkədə ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq edilib. Beynəlxalq təcrübə göstərir ki, ipoteka kreditlərinə zəmanət mexanizminin tətbiqini və inkişafını bir çox ölkələrdə dövlət həyata keçirir. Məsələn, ABŞ, Kanada, Malaziya, Rusiya, Qazaxıstan və s. Bu mexanizm bankın ipoteka kreditləşməsi ilə bağlı maliyyə risklərinin tam sığortalanması və optimal idarə olunması və nəticə etibarilə şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka kreditinə çıxış imkanlarını, ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şərait yaradır", - deyə o, qeyd edib.

Bütün xəbərlər