Valyuta hərracının yekununda dolların məzənnəsi Azərbaycanda dəyişmədi

16:22 - 31.05.2018


31 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

"31 may 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Valyuta hərracının yekununda orta ölçülmüş məzənnə bir dollara  1,7000 manat səviyyəsində formalaşmışdır", - məlumatda belə deyilir.

Mayın 29-da keçirilmiş əvvəlki valyuta hərracında orta ölçülmüş məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər