Xanbulana giriş ödənişli olub?

17:32 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Lənkəran rayonunda yerləşən Xanbulan gölünün ətrafına giriş üçün 2 manat ödəniş tələb olunur.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu həmin əraziyə səfər edən vətəndaşlar bildiriblər.

Onlar qeyd ediblər ki, ödəniş tur şirkətlərinin qiymətinə daxil deyil. Məsələ ilə bağlı araşdırma apardıq.

Məlum oldu ki, sözgedən göl Hirkan Milli Parkının ərazisinə daxildir. Parka giriş üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2 manat ödəniş nəzərdə tutulur.

Ekoturistlər parka həftə ərzində saat 9:00-dan 18:00-dək daxil ola bilərlər. Qeyri-rəsmi mənbələrdən əldə etdilən məlumata görə, bundan əvvəl də parka giriş üçün ödəniş nəzərdə tutulsa da, bir çox hallarda vətəndaşlar həmin ödənişi etməkdən imtina edirdilər.

Qeyd edək ki, Xanbulan gölü Lənkəranın əsas turistik ərazilərindəndir və rayonun eyniadlı kəndində yerləşir.

Bütün xəbərlər